Verilişin növbəti buraxılışı
"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.
Sportal.az xəbər verir ki, verilişdə qonaq qismində millinin sabiq baş məşqçisi ŞahinDiniyev və komanda.az saytının baş redaktoru Rəşad Ergün olub. Verilişdə çempionatın növbəti turunun müzakirəsi aparılıb. Rəşad Ergün bu mövsümün "Xəzər-Lənkəran" və "Qarabağ"ın mövsümü olduğunu dilə gətirdi :
"Qarabağ" hazırda Azərbaycanın ən yaxşı futbol komandasıdır. Bu komanda çox gözəl heyətə malikdir. Mən deyərdim ki, bu mövsüm sərgilədiyi oyunla "Xəzər-Lənkəran" və "Qarabağ"ın mövsümüdür. "İnter"i də bu sıraya əlavə edək. Amma "Neftçi"yə bu sözləri aid etmək olmaz. Çünki "Neftçi" "Qarabağ"la mübarizə aparacaq gücdə deyil. Əgər "Neftçi" "Qarabağ"la görüşdə bir xal əldə edirsə, buna sevinməlidir.
saytlarin hazirlanmasi