Məşqçidən açıqlama
Premyer Liqanın XVI turuna Zaqatalada keçirilən “Simurq” – “İnter” oyunu ilə start verildi.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, 1:1 hesabı ilə başa çatan qarşılaşmadan sonra "İnter"in məşqçisi Roman Cəfərov bunları deyib:
“Oyun maraqlı keçdi. Qarşılaşma azarkeşləri gərginlikdə saxladı. Mübarizə var idi. Topu daha çox özümüzdə saxlasaq da, birinci hissədə qol vura bilmədik. Amma ikinci hissədə biz bunu bacardıq. Son dəqiqədə vurulan qola görə futbolçularımızı təbrik edirəm. Kaxaber Sxadadze texniki zonada olmasa da, matçdan öncə futbolçulara öz tapşırıqlarını verir".
saytlarin hazirlanmasi