İbrahim Uzunca: "Gənclər Azərbaycan futboluna gələcəkdə çox xeyir verəcəklər"

16:45 - 14 Dekabr 2014

"Bir xal qazandığımıza görə şadam"

 

Azərbaycan Premyer Liqasının XVI turunda “Xəzər Lənkəran”ı qəbul edən “Bakı” 1 xal qazandı. Belə ki, oyun 0-0 hesabı ilə başa çatdı.

Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca qarşılaşma haqqında bunları söyləyib:

 

“Oyunçularım var gücü ilə oynadılar. Mən futbolçuların istəyindən məmnunam. Gənclər Azərbaycan futboluna gələcəkdə çox xeyir verəcəklər. Bu oyunda qələbə qazanmaq ehtimalımız vardı. Məğlub ola da bilərdik. Bir xal qazandıq. Buna görə şadam. Oyunçularımı təbrik edirəm”.

Xəbər xətti