Qurban Qurbanov: "Məğlubiyyətimizə görə çox üzülmədim"

17:35 - 14 Dekabr 2014

"Rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu"

 

Azərbaycan Premyer Liqasının XVI turunda “Qarabağ” “Qəbələ”yə 1-2 hesabı ilə uduzdu.

Sportal.az xəbər verir ki, "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında bunları söyləyib:

 

“Rəqib həddindən artıq istəkli idi. Məğlubiyyətimizə görə çox üzülmədim. Sözsüz, hər bir məğlubiyyət pis təsir edir. Amma rəqibin sevinci mənə məğlubiyyəti unutdurdu. “Qəbələ”də dostlarımız var. Burada futbol üçün işlər görülür. Avropa Liqasının “Qarabağ”a mənfi təsiri olmadı. Avropada nə qədər çox oynasaq, təcrübəmiz bir o qədər də artacaq”.

Xəbər xətti