Klub Roman Qrikorçukla danışıqlar aparır
“Qəbələ”nin yeni baş məşqçisinin adına böyük ölçüdə aydınlıq gəlib.
Sportal.az azerisport.com saytına istinadən xəbər verir ki, komandaya ukraynalı Roman Qrikorçukun rəhbərlik edəcəyi gözlənilir. Onunla bu mövsümün sonunadək müqavilə imzalanacağı bildirilir.
Qeyd edək ki, Qriqorçuk bu gün Azərbaycan Premyer Liqasının “Qəbələ” – “Qarabağ” oyununu stadiondan izləyib.
Matçdan sonra “Qəbələ”nin vitse-prezident Fariz Nəcəfov da bildirib ki, Qrikorçukla danışıqlar davam edir: “Hələlik razılaşdırılmamış bəzi məsələlər qalıb. Amma yəqin ki, komandaya o rəhbərlik edəcək. Qrikorçuk artıq “Qəbələ”nin şəraiti ilə tanış olub və hər şeydən razı qalıb”.
Qeyd edək ki, R.Qrikorçuk müxtəlif vaxtlarda Latviyanın “Dinaburq”, “Ventspils”, Ukraynanın “Metallurq” komandalarını çalışdırıb. Onun son komandası Odessanın “Çernomorets” klubu olub.