Aqil Məmmədov: "Çətin olacağını bilirdik"

19:20 - 14 Dekabr 2014

"Müdafiədə mütləq dəyişiklik etməliyik"

 

Azərbaycan Premyer Liqasının XVI turu “Sumqayıt” üçün uğursuz alındı. Belə ki, Sumqayıt təmsilçisi səfərdə “Neftçi”yə 2-3 hesabı ilə uduzdu.

Sportal.az xəbər verir ki, "Sumqayıt" klubunun futbolçusu Aqil Məmmədov qarşılaşma haqqlnda bunları söyləyib:

 

“Çətin olacağını bilirdik. Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq.  Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək.

Xəbər xətti