Robert Prosineçki: "İki futbolçunun çıxışı diqqətimi çəkdi"

15:10 - 15 Dekabr 2014

Baş məşqçidən açıqlama

 

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasının XVI turu çərçivəsində baş tutan “Bakı” – “Xəzər Lənkəran” və “Neftçi” – “Sumqayıt” oyunları izləyib. 

 

Sportal.az xəbər verir ki, R.Prosineçki həmin oyunlarla bağlı affa.az saytına fikirlərini bildirib:

 

“Bu tur iki oyunu izləmək imkanım oldu. Əvvəlcə “Bakı” – “Xəzər Lənkəran”, sonra “Neftçi” – “Sumqayıt” qarşılaşmalarını izlədim. Təəssüflər olsun ki, hər iki oyunda azarkeş az idi. Ümid edirəm növbəti oyunlarda daha çox azarkeş görə biləcəyəm. İlk oyunla müqayisədə ikinci qarşılaşma daha maraqlı keçdi.    “Xəzər Lənkəran”ın iki oyununu izləmişdim. Əvvəlki oyunlarda  yaxşı təsir bağışlamışdı. “Xəzər Lənkəran”dan daha yaxşı oyun gözləyirdim. “Bakı”nın heyətində gənc oyunçular çoxdur. Mübarizə aparırlar, əllərindən gələni edirlər. Nəticədən razı qala bilərlər.

 

“Neftçi” – “Sumqayıt” oyununa gəlincə, bu qarşılaşma daha maraqlı və qollu keçdi. Hər iki oyunda bəzi şeyləri görə bildim, bəzilərini yox. Ad çəkmək istəmirəm, “Neftçi” - “Sumqayıt” oyununda iki futbolçunun çıxışı diqqətmi çəkdi. Onlar   mənim üçün önəmli oyunçulardır. Gənc və bacarıqlıdırlar”.

Xəbər xətti