Adı "Neftçi" və "Sumqayıt"la hallanan futbolçu: "Hələ bu haqda fikiləşməmişəm"

13:55 - 16 Dekabr 2014

Futbolçudan açıqlama

 

"Bakı"nın 21 yaşlı gənc müdafiəçisi Vüqar Bəybalayev son vaxtlar adının "Neftçi" və "Sumqayıt" klubları ilə hallanmasına münasibətini bildirib.

 

Sportal.az-a açıqlamasında Vüqar bunları qeyd edib:

 

"Təklflərin olduğu düzdü. Ancaq bu haqda fikriləşməmişəm. Qarşıda AZAL və "Simurq"nan çətin oyunlarımız var. Bu oyunlar bitdikdən sonra hər şeyi götür-qoy edib bir qərar verəcəm. Komandamız ağır dönəm keçirir. Bu vaxtlarda komandanı tərk edənlərə yeni komandalarında uğurlar arzu edirəm. Ancaq, ümid edirəm ki, "Bakı" klubu bu vəziyyətdən çıxa biləcək."

Xəbər xətti