AFFA "Bakı" və "Qəbələ"ni cəzalandırdı

14:33 - 16 Dekabr 2014

İntizam Komitəsinin iclası

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının son turunda baş verən hadisələrlə bağlı müvafiq qərarlar verib.

 

Premyer Liqanın XVI turunun “Bakı” – “Xəzər Lənkəran” matçında “Bakı” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

 

Azərbaycan Premyer Liqasının XVI turunun “Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ” klubunun masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 1000 manat cərimələnib. 

Xəbər xətti