"Oyunumuz alınmadı"
Azərbaycan Premyer Liqasının XVII turunda “Bakı” AZAL-a 1-3 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca matç haqqında bunları deyib:
“Futbolçularda yorğunluq vardı. Oyunumuz alınmadı. Bütün oyunlarda əsasən eyni futbolçular meydançaya çıxanda bu tip hallar olur. Nəzərə alaq ki, biz çempionata yaxşı hazırlaşa bilməmişik. Amma yenə də hücumlar qurmağa çalışdıq. Əgər hesabı biz açsaydıq, nəticə fərqli olacaqdı. Məğlubiyyəti unudub, qarşıdakı oyunlara baxmalıyıq. “Simurq”la oyundan sonra fasilə yaranacaq. Biz fasilədə hər şeyin müsbətə doğru dəyişəcəyinə ümid edirik”.
saytlarin hazirlanmasi