Fazil Musatafadan açıqlama
Millət vəkili Fazil Mustafa ötən gün ölkə başçısının "Qarabağ" futbol klubunun heyəti ilə görüşünə münasibət bildirib.
Sportal.az xəbər verir ki, deputat bu barədə öz "facebook" hesabından bunları qeyd edib:
"Müasir futbolda böyük rəqəm olmasa da, hər halda oyunçuların motivasiyası üçün olduqca vacibdir. Haqqı çatana haqqı verilməlidir. Dünənki görüşdə prezidentin vurğuladığı bir məqama da diqqət yetirmək istərdim. Ölkə başçısı dedi ki, komanda məğlubiyyət anında da özünü çox qürurlu, ləyaqətli apardı. Əslində bəlkə də daha çılpaq demək istəmədi ki, komanda özünü tərbiyəli apardı. "Qarabağ"ın özəlliyi də məhz budur.
Adam var ki, milli komandaya bir dəfə çağrılan kimi elə bilir 5-6 dəfə "Qızıl Top" alıb. Messini futbolçu saymır. Bilir ki, hakim qərarını dəyişməyəcək, cumur üstünə ki, bəlkə qırmızı verib çölə çıxsın. Ektremal vəziyyətdə də insan gərək ədəbli davranmağa özünü alışdırsın. Burada sözsüz ki, məşqçinin xarakterindən asılı məqamlar xüsusi rol oynayır. Mən diqqət edirdim, ən ədalətsiz qərarla qarşılaşanda belə, Qurban Qurbanov soyuqqanlılığını itirmədi, çılğınlıq etmədi. İnşallah addım-addım dünyaya özümüzü qəbul etdirəcəyik. "Qarabağ"ın sağ əli millimizin başına".