"Qəbələ"nin məşqçisi: "Rəqibin təzyiq göstərəcəyini bilirdik"

17:45 - 18 Dekabr 2014

"Sumqayıt"la oyunda planımız erkən qol vurmaq idi"

 

Azərbaycan Premyer Liqasının XVII turunda keçirilən “Sumqayıt” – “Qəbələ” oyunu 1-1 hesabı ilə başa çatdı.

Sportal.az xəbər verir ki, "Qəbələ"nın məşqçisi Sənan Qurbanov matç haqqında bunları deyib:

 

“Qələbə qazanmaq istəyirdik. Məncə, komandamız “Qarabağ”la oyunda yorulmuşdu. “Sumqayıt”la oyunda planımız tez qol vurmaq idi. Təəssüf ki, bunu bacarmadıq. Bütün bunları nəzərə alıb, 1 xal qazandığımızı deməliyəm. Rəqibin təzyiq göstərəcəyini, mübarizə aparacağını bilirdik. Belə də oldu. Penalti epizodu ilə bağlı konkret danışa bilməyəcəyəm. Bunun üçün epizoda baxmaq lazımdır”.

Xəbər xətti