Türkiyədə oynayan millimizin üzvü: "Azərbaycandakı hakimlərin hamısı məndə qıcıq oyadırdı"

10:55 - 20 Dekabr 2014

Futbolçudan açıqlama

 

Müqavilə ilə "Neftçi"yə məxsus olan, lakin hal-hazırda "Elazığspor"da forma geyinən Cavid İmamverdiyev son vaxtlar Premyer Liqada narazılıqla qarşılanan hakimlər barəsində maraqlı fikirlər bildirib.

 

Sportal.az-a açıqlamasında karyerası barədə də danışan Cavid bunları qeyd edib:

 

"Karyeram haqqında danışdıqda, əlimdən gələni edirəm ki həm "Neftçi", həm də onun azarkeşlərinin başını uca tutum. Çünki "Neftçi" mənim doğma komandamdır və Türkiyədən ayrılıb Azərbaycana dönsəm, təbii ki "Neftçi"dən başqa klubda oynamaram. Premyer Liqadakı vəziyyət gəlincə isə, mən orda olanda da hakimlərin demək olarki hamısı məndə qıcıq oyadırdı. Amma onu da qeyd etmək istəyirəm ki, Türkiyədə də vəziyyət oxşardı. Bizim hakimlərlə bunlar arasında bir fərq görmürəm."

Xəbər xətti