"Hazırlıq üçün vaxtımız az idi"
Azərbaycan Premyer Liqasının 18-ci turunda “İnter” “Qəbələ”nin qonağı oldu. Oyun 1-1 hesabı ilə başa çatdı.
Sportal.az xəbər verir ki, “İnter”in məşqçisi Roman Cəfərov qarşılaşma haqqında bunları söyləyib:
“Oyunun çətin keçəcəyini bilirdik. Hazırlıq üçün vaxtımız az idi. Buna baxmayaraq, futbolçular yaxşı oynadılar. Fasilə zamanı baş məşqçi müəyyən dəyişiklik etdi. İkinci hissədə daha çox hərəkət etdik və qol vurub heç-heçəyə nail olduq. Bu oyunda Elvin Məmmədov qırmızı vərəqə aldı. Epizoda uzaq idim. Təkrara baxdıqdan sonra konkret bir söz demək olar”.
saytlarin hazirlanmasi