"Qəbələ"nin məşqçisi: Futbolçunu itirmək asandı, onu qazanmaq lazımdır

17:35 - 21 Dekabr 2014

"Qəbələ" 3 xala layiq futbol oynadı"

 

Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qəbələ” “İnter”lə sülh bağladı – 1-1.

Sportal.az xəbər verir ki, “Qəbələ”nin məşqçisi Sənan Qurbanov qarşılaşma haqqında bunları deyib:

 

“Oyuna yaxşı köklənmişdik. Futbolçular oyun saatını gözləyirdi. Futbolçulara təşəkkür edirəm. Meydançada canlarını qoydular. Düşünürəm ki, fasilədən sonra “Qəbələ” daha yaxşı futbol sərgiləyəcək. Ümumi götürsək, komandamız 3 xala layiq oynadı. Lakin bir qədər şanssızlıq oldu. Azarkeşlərlə Kamran Ağayev arasında insident oldu. Bunu pisləyirəm. Azarkeş oyunçunu təhqir etməməlidir. Eyni zamanda, qapıçı da buna reaksiya verməməli idi. Amma emosiyalarını saxlaya bilmədi. Futbolda belə halları pisləyirəm. Bundan öncə problemləri meydana çıxanda Kamrana dəstək olduq. Millinin qapıçısı həmişə yaxşı futbol oynayıb. Futbolçunu itirmək asandı, onu qazanmaq lazımdır. Biz də məsələyə bu prizmadan yanaşdıq”.

Xəbər xətti