"Oyunu düzgün qurmağa çalışdıq"
Azərbaycan Premyer Liqasının 18-ci turunda “Qarabağ” “Sumqayıt”ı 2-0 hesabı ilə üstələyib, fasiləyə qış çempionu kimi getdi.
Sportal.az xəbər verir ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşma haqqında bunları deyib:
“Yaxşı oyun alındı. Futbolçular çox yorulub. Buna baxmayaraq, oyunu düzgün qurmağa çalışdıq. “Sumqayıt” elə bir komandadır ki, qol vurmadan meydançadan çıxmır. “Sumqayıt” liderlərə qarşı yaxşı çıxış edir. Bizə qarşı oyunda da belə oldu. Düşünürəm ki, oyunçularım istirahəti gözləyirdilər. Qış fasiləsinə gedərkən deməliyəm ki, yaxşı nəticələrimiz oldu. Futbolçularıma, azarkeşlərə, jurnalistlərə təşəkkür edirəm. İnnosent Emeqaranın durumuna gəlincə, onun transfer hüququ bizə məxsusdur. Hazırda anasının yanında olan futbolçu barədə düşünəcəyik. Onun bizimlə müqaviləsi var. Mənə vaxt lazımdır ki, Emeqara barədə qərar verim. Düşünmürəm ki, klubdan ayrılsın. Məsələni düşünməliyəm”.
saytlarin hazirlanmasi