Baş məşqçidən açıqlama
“Çox şadam ki,bu gün burdayam. “Qəbələ” rəhbərliyi ilə daha əvvəl görüşmüşdüm. Qəbələdəki infrastrukturla tanış odum. Burda futbol üçün mükəmməl şərait var. İnanıram ki, “Qəbələ”də uğurlar qazan biləcəm”.
Sportal.az xəbər verir ki, bu sözləri “Qəbələ” klubunun yeni baş məşqçisi Roman Qriqorçuk bugünkü təqdimat mərasimində deyib.
Ukraynalı mütəxəssis jurnalistlərin sullarını da cavablandırıb
-"Qəbələ”nin turnir cədvəlindəki mövqeyi yaxşı deyil. Çempion olmaq sizin üçün mümkün olacaq?
- Məncə, "Qəbələ” layiq olduğu yerdə deyil. Əlbəttə ki, hədəf dəyişilməz olaraq qalır. Xal fərqimiz çox olsa da, ilk pillədəki komanda üçün də mövqeyini qoruyub saxlamaq çətindir. Çətin olacaq, ancaq hədəfimiz dəyişməz olaraq qalır.
-“Qəbələ”də də “Çernomorets”də olduğu kimi qazanacağınz deyilir.
- Müqavilənin şərtində belə bir bənd var ki, qazancımla bağlı açıqlama verməməliym. Amma klub istədə açıqlaya bilər.
- Çernomorets”dən futbolçu gətirəcəksiniz?
- Biz klub rəhbərliyinin tələblərinə əsasən futbolçu gətirə bilərik. Konkret deyə bilmərəm ki, mənim gətirmək istədiyim futbolçu var.
- “Çernomorets”in qapıçısını "Qəbələ”yə gətirmək istədiyiniz doğrudur?
- Komandada hansı dəyişikliklərin olacağını deyə bilmərəm. Əgər öz fikrimi bilmək istəyirsinizsə, deyə bilərəm ki, bəli mən o qapıçının komandamda oynamasını istərdim.
- Azərbaycana gəlmək barədə "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominlə danışığınız olubmu?
- Son vaxtlar onunda söhbətim olmayıb. Ancaq etiraf edirəm ki, yayda “Qəbələ”dən mənə təklif gələndə Syominlə bu barədə danışdım. O isə mənə bu klubun qayğıkeşliyindən danışdı. Bura gəldikdən sonra gördüm ki, həqiqətən belədir.
Mənbə: qol.az
saytlarin hazirlanmasi