Sabiq vitse-prezidentdən açıqlama
"Neftçi"nin sabiq vitse prezidenti Tahir Süleymanov Hakimlər Komitəsinə rəhbər olmaq üçün AFFA-nın qapısını döyməsi və Elxan Məmmədovun yanında olması barədə yayılan məlumatlar barədə öz fikirlərini böluşüb.
Sportal.az-a açıqlamasında Tahir Süleymanov bunları qeyd edib:
"Bu xəbəri kimlər yayır, bilmirəm. Amma, onu bilirəm ki, bunlar hamısı dezinformasiyadı. Mən nəinki bu gün, heç bir zaman AFFA-nın qapısını Hakimlər Komitəsinə görə döyməmişəm, döymərəm də. Mənim hal-hazırda futbola dönəcəyim heç bəlli deyil. Ona görə də, bu xəbəri yayanlar yerlərində rahat otursunlar. Bu kimi xəbərlərdə Sadıq Sadıqovun da adının çəkilməsnii heç cür başa düşülən deyil. Başa düşmürəm, onlar özlərini nə hesab edirlər?"
saytlarin hazirlanmasi