"Amma onu qazanmaq lazımdır"
AZAL-a yeni transfer olunan 29 yaşlı qapıçı Kamal Bayramov kayerası barədə fikirlərini bildirib.
Sportal.az-a açıqlama verən Kamal Bayramov son vaxtlar bir çox söz-söhbətə səbəb olan Kamran Ağayev barədə maraqlı açıqlama verib:
"Uzun müddət məşqsiz qalsam da, Tərlan müəllim mənə güvəndi və komandaya dəvət etdi. Burada özümü çox yaxşı hiss edirəm və özümü yaxşı tərəfdən göstərmək üçün əlimdən gələni edəcəm.
Kamran Ağayev barədə isə onu demək istəyirəm ki, etdiyi hərəkətlər xoşagəlməzdi. Lakin gəin baxaq görək vəziyyət bu yerə necə gəlib çıxıb. Onu itirmək 1 dəqiqənin işidi, amma onu qazanmaq lazımdır. Onu tanıyanlar insanlar, mənəvi dəstək olmaqla Kamranı bu vəziyyətdən çıxarmalı və onu yenidən futbolumuza qazandırmağa şalışmalıdırlar. Fikrimcə, onun verdiyi nəticələr hələ də unudulmayıb."
saytlarin hazirlanmasi