"Yeni müqavilə təklif etmədilər"
"Xəzər Lənkəran" daha bir futbolçu ilə yollarını ayırıb. Belə ki, komandanın aparıcı futbolçusu Elnur Abdullayev "ağ-yaşıllar"ı tərk edib.
Sportal.az xəbər verir ki, bu barədə futbolçunun özü Sportnet.az-a məlumat verib.
O, bildirib ki, bu gün klub rəhbərliyi ilə görüşüb və komandadan ayrılıb:
"Klub rəhbərliyi ilə görüşdüm və yollarımızı ayırdıq. Daha doğrusu onlar mənə yeni müqavilə təklif etmədilər. Dedilər ki, artıq klubda gəncləşdirmə siyasəti aparırıq".
saytlarin hazirlanmasi