Rəhman Hacıyev 3 Rusiya klubunun maraq dairəsində ÖZƏL

16:05 - 23 Dekabr 2014

Millimizin üzvü yenə legioner həyatı yaşaya bilər

 

Türkiyənin PTT liqa klubu “Qaziantep BB”-dən ayrılan Rəhman Hacıyev gələcək karyerası ilə bağlı qərar verməlidir.

 

Sportal.az-ın əldə etdiyi məlumata görə, 21 yaşlı futbolçu karyerasını Rusiyada davam etdirə bilər. Rəhman Hacıyev Rusiyada 3 klubun maraq dairəsindədir. U-21 millimizin üzvü ilə maraqlananlar Premyer Liqanın aşağı pillələrində qərarlaşan klublardır. Yaxın günlərdə həmin klubların adlarını dəqiqləşdirəcəyik.

 

Qeyd edək ki, bu mövsümün əvvəlində “Qaziantep BB”-yə transfer olunan Hacıyev ilk vaxtlar yaxşı təsir bağışlayıb. Lakin məşqçi dəyişikliyi onun karyerasına təsirsiz ötüşməyib. Komandanın sükanı arxasına keçən Hakan Kutlu Rəhman Hacıyevə etimad göstərməyib. 

Xəbər xətti