"Qarabağ"ın sabiq koordinatoru "Kayseri Şəkərspor"da

17:05 - 23 Dekabr 2014

Sebahattin Tekinin yeni iş yeri müəyyənləşdi

 

Bir müddət əvvəl “Erciyyespor”un baş məşqçi postundan istefa verən Bülənt Qorxmazla birlikdə köməkçisi Sebahattin Tekin də klubu tərk etmişdi.

 

Artıq Tekinin yeni iş yeri müəyyənləşib. Sportal.az xəbər verir ki, o, Türkiyənin 3-cü liqa klubu “Kayseri Şəkərspor”la anlaşıb. Rəhbərliklə bütün məsələlərdə razılıq əldə edən Tekin “Kayseri Şəkərspor”un baş məşqçisi olmağa razılıq verib.

 

Qeyd edək ki, Sebahattin Tekin iki il müddətində “Qarabağ”ın bütün aşağı yaş qrupları üzrə koordinatoru olub. 

Xəbər xətti