Gənc məşqçi “Beşiktaş”da təcrübə keçəcək
AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Türkiyəyə yollanıb.
Sportal.az xəbər verir ki, “Pro” kateqoriya almağa hazırlaşan gənc məşqçi qardaş ölkənin dörd böyük klublarından biri sayılan “Beşiktaş”da təlim keçəcək. İstanbul təmsilçisinin bazasında bir həftəlik təlimdə olacaq məşqçi “Qara qartallar”ın məşqlərində iştirak edəcək Bundan savayı Əhmədovun “Beşiktaş”ın baş məşqçisi Slaven Biliçlə görüşmək və xorvatiyalı çalışdırıcıyla fikir mübadiləsi aparmaq imkanı olacaq.
Bu arada AZAL-ın qış hazırlıq planları müəyyənləşib. Tərlan Əhmədovun komandası öncə Bakıda hazırlıq keçəcək. Yanvarın 12-də "təyyarəçilər" Türkiyəyə uz tutacaqlar. Yanvarın 24-dək qardaş ölkədə hazırlaşacaq AZAL orada dörd yoxlama oyunu keçirəcək.
saytlarin hazirlanmasi