Baş məşqçi fikirlərini bölüşdü
Bu gün İAM-nin təşkilatçılığ ilə jurnalistlər arasında aparılan sorğunun nəticəsinə əsasən Qurban Qurbanov ilin baş məşqçisi seçilib.
Sportal.az xəbər verir ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov ilin qaliblərinin mükafatlandırılması mərasimində jurnalistlərə açıqlamasında bunları qeyd edib:
"Mənim üçün çox xoş oldu. Bütün jurnalistlərin mənə səs verməsi, mənim işimi dəyərləndiməsi xoş təsir bağışladı. Bir daha şahidi oldum ki, hər bir addımımızı izləyirlər və uğurumuzu qiymətləndirirlər. Hər birinizə çox təşəkkür edirəm. Bundan sonra işimiz daha da məsuliyyətli olacaq və hər kəsin etimadını doğrultmalıyıq. Azarkeşlərimiz həmişə "Qarabağ"ı layiqincə dəstəkləyib və komandanın yanında olub. Bu gün bizim 60 minlik stadionumuz da olsa, inanıram ki, o stadion tam dolacaq. Çünki "Qarabağ" bu gün həqiqətən azarkeşlərin rəğbətini qazanıb. Biz də çalışacağıq ki, uğurlu oyunlarımızı davam etdirək."
saytlarin hazirlanmasi