Qolun müəllifi dəyişdirildi
Azərbaycan Premyer Liqasının 17-ci turunda keçirilən "Xəzər Lənkəran" - “Qarabağ” oyununda vurulan qolların müəllifində dəyişiklik edilib.
Sportal.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, “Qarabağ”ın üçüncü qolu Bədavi Hüseynovun aktivindən silinərək, “Xəzər Lənkəran”ın müdafiəçisi Rasim Ramaldanovun passivinə yazılıb.
Qeyd edək ki, "Xəzər Lənkəran" - "Qarabağ" matçı qonaq komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
saytlarin hazirlanmasi