İntizam Komitəsinin qərarları
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Sportal.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, İK Azərbaycan Premyer Liqasının 17 və 18-ci turlarında baş verənlərlə bağlı müvafiq qərarlar çıxarıb.
Azərbaycan Premyer Liqasının XVIII turunun “Qəbələ” – “İnter” matçında “Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Oyunun 87-ci dəqiqəsində “İnter” klubunun 10 nömrəli futbolçusu Elvin Məmmədov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, kluba 200 manat cəza kəsilib.
Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 nömrəli futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirmiş, bu hakimin gözündən yayınmışdır. Oyunun videoyazısın izlədikdən sonra İntizam Komitəsi aşağıdakı qərarları qəbul edir:
1. Oyunun 79-cu dəqiqəsində “Qəbələ” klubunun 1 nömrəli futbolçusu Kamran Ağayev rəqibə bilərəkdən zərbə endirdiyinə görə 3 oyun cəzalansın, klub 3000 manat cərimə olunsun.
2. Matçın hakimləri haqqında Hakimlər Komitəsi lazımi tədbirlər görüb İntizam Komitəsinə bildirsin.