Qurban Qurbanova yeni forvard təklif olundu
İnnosent Emeqaranın gedişindən sonra "Qarabağ" forvard axtarışına çıxıb. Baş məşqçi Qurban Qurbanov da mətbuata açıqlamasında qışda bir hücumçu ilə güclənəcəklərini bildirmişdi.
Sportal.az Sportinfo.az-a istinadən xəbər verir ki, Qurban Qurbanova "Qarabağ" üçün təklif edilən forvardlardan birinin adını dəqiqləşdirib. Etibarlı mənbədən daxil olan məlumata görə, "Qarabağ"a təklif edilən forvard Markus Pedersendi.
1990-cı ildə Norveçin Hamar şəhərində doğulan Pedersenin ilk peşəkar komandası “HamKam” olub. 2007-2008-ci ildə burada 9 oyun keçirən forvard 2009-2010 mövsümün “Stromsqodset”də keçirib və 40 oyuna 17 qol vurub.
İlk legioner həyatını isə Hollandiyanın “Vitess” klubunda yaşayıb. 2010-2014-cü illərdə bu klubun futbolçusu olan Markus cəmi 27 oyuna çıxıb və 6 qol vurub. Zədə səbəbindən o, çox oynaya bilməyib. “Vitess”də olarkən “Valerenqa”, “Odense” və “Barsnli” klublarına da icarəyə verilib.
2014-cü ilin qış mövsümündən sonra isə Norveçə, bu dəfə “Brann”a dönüb. Pedersen Norveçin aşağı yaş qruplarından olan bütün yığmalarda forma geyinib. 2013-cü ildən bu yana isə Norveç millisinin üzvüdü. Belədə Pedersenin illik əməkhaqqı "Qarabağ" tərəfini razı salsa və Qurbanovun bu forvardı heyətində görmək istəsə, qışdan sonra norveçli ölkəmizdə çıxış edəcək.
saytlarin hazirlanmasi