"Daha o maraq yoxdur"
Tanınmış mütəxəssis Böyükağa Hacıyevin müsahibəsi
- İlk öncə başa çatmaqda olan ili Azərbaycan futbolu üçün dəyərləndirmənizi istərdik.
- Azərbaycan futbolu inkişafdadır. Bu, bir faktdır ki, futbolumuz getdikcə Avropada tanınır. Hakim ədalətli rəftar etsəydi, “Qarabağ” Avropa Liqasının 1/16 final mərhələsinə yüksələcəkdi. Məgər bu, inkişafdan xəbər vermir? Son üç ildə iki komandamız Avropa Liqasının qrupunda oynadı. Kim deyə bilər ki, gələn il dörd komandamız qrup mərhələsinə düşməyəcək?
- Bu inkişafı çempionatımız haqda da deyə bilərikmi?
- Xeyr, çempionatımızın səviyyəsi aşağı düşüb. Əgər əvvəllər 6-7 komanda çempionluq uğrunda mübarizə aparırdısa, bu gün çempionluğa üç komanda namizəddir.
- Bunlar hansı klublardır?
- “Qarabağ”, “İnter” və “Neftçi”. Yalnız bu komandalar çempionluq və ölkə kubokuna iddialıdır. Yəqin ki, klubların sponsorları geri çəkilir. Buna imkan vermək olmaz. Gərək sözügedən sahənin mütəxəssisləri bu barədə düşünsünlər.
- Artıq çempionatın yarısı arxada qaldı. İlk iki dövrə haqda nə demək olar?
- Əvvəlki illərin oyunlarını görmürük. Daha o maraq yoxdur. İki il öncə komandaların əksətriyyəti sona qədər çempionluq uğrunda mübarizə aparırdı. İndi isə komandalar arasında böyük səviyyə fərqi yaranıb. Bu da ümumi çempinatın səviyyəsini aşağı salır.
- Bu problemi necə yoluna qoymaq olar?
- Məncə, legioner limitini aradan qaldırmaq lazımdır. Legionerlər üçün nəzərdə tutulan üzvlük haqqı aşağı salınmalıdır. Bir sıra başqa amillərə də diqqət yetirilməlidir. Bunlara əməl olunsa, çempionatın səviyyəsi yenidən yüksələcək.
- “Xəzər Lənkəran”ın gəncləşdirmə siyasətinə münsabitəiniz necədir?
- Araşdırmaq lazımdır ki, nəyə görə klublar birdən-birə strategiyasını dəyişir. Bilirik ki, “Xəzər Lənkəran” həmişə iddialı olub. Ancaq bu gün klubun sponsoru görür ki, nə qədər pul ayırsa da, irəliləyiş yoxdur. Heç kim pulu plantasiyadan yığmır. O pulu qzanamq üçün çox əziyyət çəkirlər. Buna görə də gəncləşdirmə siyasəti aparırlar. Hər halda gənclərə xərcələn pul peşəkar futbolçulara sərf olunandan azdır.
- İdman Araşdırmaları Mərkəzinin jurnalistlər arasında keçirdiyi sorğunun nəticəsinə əsasən Qurban Qurbnov bütün idman növləri üzrə ilin baş məşqçisi seçildi.
- Mən buna çox sevindim. İki il öncə mənim başladığım estafeti Qurban davam etdirdi. Özü də çox yaxşı davam etdirdi. Bu gün buna sevinmək lazımdır. Fəxr edirəm ki, son üç ildə Azərbaycan futbolunda qazanılan bütün müvəffəqiyyətlər azərbaycanlı məşqçilərin adı ilə bağlıdır.
- Məşqçilər Komitəsindəki işinizdən razısınız?
- Mən məşqçiyəm. Meydan üçün yaranmışam. Ancaq bu gün Məqçilər Komitəsinin üzvüyəm. Çalışacağam ki, burdakı işimdə də xalqıma layiqli xidmət edim. Açığı, mən bu işdə müvəqqətiyəm. Çünki məşqçi işləyən şəxs daima meydanda olmaq istəyir. Sabah hər hansı bir klubdan təklif gəlsə, dəyərləndirəcəm. Bu işimə başlayanda bildirmişəm ki, mənə sərfəli təklif gəlsə, gedəcəm. Oturaq işdə əziyyət çəkirəm.
- Yəni tezliklə məşqçi işləməyə çalışırsınız?
- Əlbəttə, artıq Pro kateqoriyalı məşqçi kursunu bitirmək üzrəyəm. Bu yaxınlarda Latviyadan qayıtdm. Yəqin ki, Pro kateqoriyasının sonuncu kursunu bitirdikdən sonra bir şey fikirləşəcəm.
Mənbə: Qol.az
saytlarin hazirlanmasi