Baş məşqçi həm "İnter"i həm də millini çalışdıracaq
Gürcüstan millisinin yeni baş məşqçisi bəlli oldu.
Sportal.az Gürcüstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, "İnter"in baş məşqçisi Kaxaber Sxadadze ölkənin futbol millisinin baş məşqçisi vəzifəsinə təyin olunub. 46 yaşlı mütəxəssis bu gün Federasiya ilə rəsmi müqavilə imzalayıb.
Müqaviləyə əsasən, Sxadadze gələn il yanvarın 1-dən, iyunun 1-ə kimi "İnter"lə yanaşı, Gürcüstan millisində də baş məşqçilik edəcək. O, bu müddət ərzində Gürcüstanı Malta ilə yoldaşlıq oyununa və Almaniya ilə AVRO-2016-nın seçmə mərhələ matçına çıхaracaq.