"Bakı" çox pul istəyir
“Qaziantep BB”-dən ayrılmaq üzrə olan Rəhman Hacıyevin karyerasını harada davam etdirəcəyinə hələ aydınlıq gəlməyib. Gənc futbolçunu bir neçə Rusiya klubu ilə yanaşı, “Neftçi” də öz heyətində görmək istəyir.
Mətbuatda Hacıyevin artıq “Neftçi” ilə anlaşdığına dair xəbərlər yayılsa da, bu məlumatlar həqiqətə uyğun deyil. Sportal.az-ın əldə etdiyi məlumata görə, Hacıyevin “Neftçi”yə keçidi baş tutmayacaq. Buna səbəb “Bakı” klubunun futbolçuya qoyduğu qiymətdir.
Məsələ burasındadır ki, Rəhman Hacıyev “Qaziantep BB”də icarə əsasında çıxış edir və onun transfer hüququ “Bakı” klubuna məxsusdur. “Bakı” klubu isə Rəhman Hacıyevə 200 min dollar qiymət qoyub ki, bu məbləği “Neftçi” və ya digər klubumuzun ödəyəcəyi inandırıcı deyil.
saytlarin hazirlanmasi