Kamran Ağayev: "2014-cü ildə hətta karyeramı bitirmək barədə də düşünmüşdüm"

14:35 - 30 Dekabr 2014

Futbolçudan açıqlama

 

"Qəbələ"nin qapıçısı Kamran Ağayev 2014-cü ildəki çıxışı və növbəti illə bağlı gözləntilərini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Kamran  klub saytına açıqlamasında bunları söyləyib:

 

"2014-cü ildə bir çox xoşagəlməz hallarla rastlaşdım. Zədələrdən çox əziyyət çəkdim. Hətta futbol karyeramı bitirmək barədə də düşünmüşdüm. Amma bu hallar mənə şükr etməyi, çətin vəziyyətlərdən çıxmağı öyrətdi. “Qəbələ”dəki sağlam mühit də futbol həyatımın davam etməsinə vasitə oldu. Hələ ki, heç nə itirilməyib. Futbol oynayırıqsa, hədəflərimiz var. 2015-ci ildə özümə və komandama bu hədəflərə çatmağı arzulayıram".

Xəbər xətti