Fikirləşmək üçün 1 həftə
“Kasımpaşa” Denis Meza Kolli üçün “İnter”ə təklif irəli sürüb. “Bankirlər”lə müqaviləsi yayda başa çatacaq paraqvaylı legioneri istədiklərini rəsmən bildiriblər. Türkiyə klubunun meneceri yarımmüdafiəçini sonuncu dəfə “Neftçi” ilə matçda (3:1) canlı izləyib.
Sportal.az xəbər verir ki, Superliqanın ortabab iddialısı 8 aydı yaxından maraqlandıqları futbolçuya görə “İnter”ə təzminat ödəməyə hazırdı. Cənubi amerikalını qarşı tərəfə Kaxaber Sxadadze təklif edib. O. həmyerlisi və yaxın dostu Şota Arveladzeyə Kolli haqqında yetərli bilgiləri verib.
“Kasımpaşa” bakılılara fikirləşmək üçün 1 həftə vaxt verib. Bu gün Antalayaya yola düşəcək “bankirlər” hələ yekun sözünü deməyib, götür-qoy edir. (sportinfo.az)
saytlarin hazirlanmasi