"Gənc yerli oyunçular nə qədər çox oynayarsa, Azərbaycan futbolunun bir o qədər xeyirinə işləyər" MÜSAHİBƏ

13:40 - 4 Yanvar 2015

"Araz Naxçıvan"ın təklifini qəbul etməklə səhv etdim"

 

“Qaradağ-Lökbatan”ın aparıcı oyunçularından biri sayılan Əbülfəz Hüseynlinin  Sportal.az-a müsahibəsi:

 
- “İnter”də hansı pilləyə qədər yüksəldin və komandadan niyə getdin?
 
-“İnter”də müxtəlif yaş qruplarında oynayaraq əvəzedici heyətə qədər qalxdım. Onda məşqçilər korpusu kmandanın oyun üslubuna uyğun olmadığını dedilər. Sxadadzenin mənimlə bağlı fikri müsbət idi. Sadəcə o deyirdi ki, mənim taktiki sxemimə uyğun deyilsən. Baş məşqçi dedi ki, ona pleymeyker lazım deyil, “İnter”lə bir illik müqaviləm olsa da, oradan qarşılıqlı razılıq əsasında AZAL-a keçdim. 
 
- AZAL-da niyə qərar tutmadın?
 
-AZAL-ın əvəzedici heyətində 18 oyuna 12 qol vurdum. Ondan sonra Vaqif Sadıqov məni əsas heyətə dəvət etdi. Orada da əvəzedicidən əsas komandaya çox nadir hallarda futbolçu gedir. Vaqif Sadıqov komandadan gedəndən sonra Tərlan Əhmədov baş məşqçi oldu. O da məni əvəzedici heyətdə oyunumu izlədi. Hardasa oyunum xoşuna gəldi və məni əsas komandaya cəlb etdi. Ötən mövsümün sonunda “İnter”ə 3:1 hesabıyla məğlub olduğumuz görüşdə  90 dəqiqə oynadım.  “Araz Naxçıvan”ın təklifini qəbul etməklə səhv addım atdım. Orada  futbolçu üçün yaxşı şərait olmadığı üçün geri qayıtdım.
 
- İndiyə qədər 4 komanda dəyişmisən. Hardasa özündə səhv görürsən? 
 
-AZAL-da Con Oliremi adlı bir oyunçu vardı. Tərlan Əhmədov deyirdi ki, sənin oyun üslübunun 60 faizi onda olsaydı, komanda daha irəli gedərdi. “Araz-Naxçıvan”dan geri  qayıdanda AZAL-a müraciət etsəydim, məni qebul edərdi. Lakin onda Adil Mahmudov məni “Qaradağ-Lökbatan”a  dəvət etdi.
 
- Başqa komandalardan da təkliflər də vardı?
 
-Bəli, təkliflər vardı. Sadəcə, “Qaradağ-Lökbatan” uyğun olduğu üçün oranı seçdim. Bu komandada hardasa futbolçulara yaradılan şərait məni qane edirdi. 
 
 - “Qaradağ Lökbatan”da əsas heyətə düşməyin çətin olmadı ki? 
 
-Uyğunlaşma prosesi elə də uzun çəkmədi. Baş məşqçi şans verdi və mən də bundan lazımınca yararlandım. Həm məşqlərdə həm də oyunda özümü yaxşı tərəfdən göstərərək əsas heyətdə yerimi qazandım. 
 
- Niyə görə 1-ci dəstədən Premyer Liqaya oyunçu yetişmir? 
 
- Mənə elə gəlir ki, buna səbəb limitdır. Əvvəl yüksək dəstədə daha təcrübəli yerli oyunçular çıxış edirdi. Bu o vaxta qədər oldu ki, legonerlər ölkəmizə az gəlirdi. Daha sonra limit aradan götürüldü ölkəmizə legioner axını başladı. Onda da yerli oyunçular kənarda qalmağa başladı. Elə indi də komandalar əsas gücü legionerlərə verirlər. Ona görə də gənc oyunçular diqqətdən kənarda qalır. Əslində gənc futbolçu təcrübəni harda  yığmalıdır? Təcrübəli və səvuiyyəli oyunçularla yanaşı oynayaraq qazanmalıdır. Bizdə də gənclərə elə də şans verilmir. Nadir hallartda olur ki, məşqçilər cavanlara inanırlar. 
 
- Onda belə çıxır ki, gənclərin qarşısını limit alır… 
 
-Hardasa belədir. Ancaq futbolçu limitə də fikir verməməlidir. Özünə güvənən futbolçu oyunu ilə təsdiq etyməlidir.  Ümumiyyətlə, komandalarda gənc yerli oyunçular nə qədər çox oynayarsa Azərbaycan futbolunun bir o qədər xeyirinə işləyər. 
 
- “Qaradağ-Lökbatan”ın birinci dövrəni 4-cü pillədə başa vurmasına necə baxırsan?
 
Əslində qış fasiləsinə lider olaraq yollana bilərdik. Həqiqətən də komandamız oyunu ilə liderlərdən geri qalmır. Hətta deyərdim ki, əsas rəqiblərimizi üstələyirik. Sadəcə bəzi oyunlarda hakim səhvlər üzündən uğursuzluğa düçar olduq.  Ancaq itirilən xalları ikinci dövrədə toparlasaq mövsümü çempion kimi başa vurarıq. Çünki əsas rəqiblərimizi iknci dövrədə öz meydanımızda qəbul edəcəyik.  
 
 
- Hansı komandalar Premyer Liqada mübarizə aparmaq gücündədir? 
 
- Əslində Premyer Liqada komandaların sayını artırsalar daha yaxşı olar. Çünki belədə yüksək dəstəyə maraq daha da artacaq. “Qaradağ Lökbatan”, “Neftaçala”, “Rəvan”, “Ağsu”və  “Zirə” kimi komandalar Premyer Liqada mübarizə apara bilər. 

Xəbər xətti