Foqtslu millidəki reallıq
Elə anlar var ki, artıq sözə, artıq ifadəyə ehtiyac olmur. Hamı hər şeyi sözsüz də anlayır.
Foqtsun rəhbərlik etdiyi millinin məşqi zamanı çəkilmiş bu foto da hər şeyi özü deyir. Kağız üzərində Berti Foqtsun köməkçisi olan Nazim Süleymanov kənarda dayanıb.
Süleymanov millidə onlarla olsa da, onlardan deyildi. Ona görə də, onun millidəki fəaliyyəti yalnız kənardan baxmaqdan ibarət ola bilərdi.
Elə millidə çalışmış başqa yerlilər də onun kimi...
İndi isə millidə Robert Prosineçki dönəmi başlayır. Onun da iki yerli köməkçisi olacaq – Mahmud Qurbanov və Elxan Abdullayev. Millidə çalışan yerli məşqçilərlə bağlı ənənə davam edəcəkmi?
saytlarin hazirlanmasi