Millimiz ruslara belə “dərs keçdi” VİDEO

23:26 - 4 Yanvar 2015

Yığmamız növbəti mərhələdə

 

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində təşkil olunan FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş XXVII ənənəvi beynəlxalq turnirində növbəti oyunlar keçirilir. 

 

Sportal.az xəbər verir ki, 1997-1998-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş yığmaların yarışında millimiz ikinci görüşünə çıxıb.

 

Nikolay Adamın yetirmələri bu dəfə Rusiya-2 komandası ilə qarşılaşıb. İlk görüşdə Yaponiyanı 1:0 hesabı ilə məğlub edən futbolçularımız növbəti 3 xalını qazanıb. Komandamız rəqibinə böyükhesabla qalib gələrək, xalını 6-ya çıxarıb və qrup lideri kimi adını növbəti mərhələyə yazdırıb.

 

Hesabda geri düşən millimiz daha sonra Rusiya-2-ni 4 dəfə mərkəzdən başlamağa məcbur edib. Oyunun sonlarında isə meydan sahibləri hesab arasındakı fərqi azaldıb – 4:2.

 

Qeyd edək ki, ötən gün Asiya təmsilçisi ilə matçda millimizin yeganə qoluna 8-ci dəqiqədə Elnur Cəfərov imza atıb.

 

 

 

16:30. Rusiya-2  - Azərbaycan  2:4

 

Qollar: Artyom Qaladjan, 10, Nikolay Rasskazov, 89 – pen. // İlkin Sadıqov, 30;56, Elnur Cəfərov, 48, Mahir Mədətov, 73

 

Xəbər xətti