Lionel Messi: "Ya mən, ya da Enrike?"

03:00 - 7 Yanvar 2015

"Barselona"nın düşərgəsində qalmaqal 
 
İspaniya La Liqasının ötən turunda “Real Sosyedad” məğlubiyyətindən sonra “Barselona”nın düşərəgəsində qalmaqal yaşanıb.
 
Sportal.az xəbər verir ki, kataloniyalıların argentinalı ulduzu Lionel Messi məğlubiyyətin səbəbini baş məşqçi Luis Enrikede görüb. Həmin oyunda sonradan meydana çıxan argentinalı ehtiyatda qalmasını irad tutaraq növbəti gün məşqə çıxmayıb.
 
27 yaşlı futbolçunun bu hərəkətinə dözməyən baş məşqçi Messini cəzalandırmaq qərarına gəlib. “Barselona”nın aparıcı üzvləri Xavi və İnyesta məsələyə müdaxilə edərək Luis Enrikedən futbolçunu cəzalandırmamağı xahiş edib. Hadisədən xəbər tutan Messi birbaşa klub rəhbərinə çıxaraq belə deyib: “Ya mən, ya da Enrike? İkimizdən birini seçin”.
 
Klub rəhbərliyi Messiyə yaxın günlərdə baş məşqçi məsələsinə aydınlıq gətiriləcəyinə söz verib.  

Xəbər xətti