Eddi İsrafilov yığmamızda oynamaq təklifini qəbul edib

18:00 - 8 Yanvar 2015

Futbolçu ilə danışıqlar yekunlaşdı

 

İspaniyanın “Qranada” klubunun futbolçusu Eddi İsrafilov Azərbaycan millisində oynamağa razılıq verib.

Sportal.az xəbər verir ki, AFFA-nın baş katibi Elxan Məmmədovla yarımmüdafiəçin valideynləri və meneceri arasında keçirilən bugünkü görüş müsbət nəticələnib.

Qeyd edək ki, anası azərbaycanlı, atası isə anqolalı olan 22 yaşlı Eddi İsrafilov müqavilə ilə İspaniyanın “Mursiya” klubuna məxsusdur. O, hazırda icarə qaydasında La Liqada mübarizə aparan “Qranada”da çıxış edir.

Xəbər xətti