Türkiyə klublarının maraq dairəsində
"Qarabağ" futbol klubunun ən önəmli hücumçularından biri Muarem Muarem klubdan gedə bilər.
Sportal.az "anspress"ə istinadən xəbər verir ki, Türkiyə Super Liqasının "Eskişehirspor" və "Gənclərbirliyi" klubları makedoniyalı futbolçunu transfer etmək istəyir. Bu klubların yaxın günlərdə "Qarabağ"a rəsmi təklif göndərəcəyi gözlənilir. Futbolçunun özünün də Türkiyədə karyerasını davam etdirməyin əleyhinə olmadığlı üçün transferin reallaşacağı deyilir.
Qeyd edək ki, 27 yaşlı Muarem Muarem bu mövsüm "Qarabağ"ın heyətində Hollandiyanın "Tvente" klubuna qol vuraraq komandasını Avroliqaya çıxarmışdı. Futbolçu Ukraynanın "Dnepr" klubuna səfərdə qol vuraraq komandasına üç xal qazandırmışdı .