3 illik müqavilə imzalandı
“Qaziantep BB”-dən ayrıldıqdan sonra vətənə qayıdan Rəhman Hacıyevin yeni iş yeri məlum olub.
Müqavilə ilə “Bakı”ya məxsus olan Hacıyev “Neftçi” ilə anlaşıb. Sportal.az xəbər verir ki, yarımmüdafiəçi flaqmanla 3 illik müqavilə imzalayıb.
Xəbəri futbolçunun meneceri də təsdiqləyib.
Qeyd edək ki, Rəhman Hacıyev “Bakı”dan ayrılması üçün böyük məbləğdə təzminat ödəyib.
saytlarin hazirlanmasi