"Samsunspor"un baş məşqçisi: "Rəşad Sadıqov adam kimi adamdı"

18:50 - 16 Yanvar 2015

"Super futbolçudur"

 

Hazırda Türkiyənin “Samsunspor” klubunun baş məşqçisi olan Erhan Altın Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqovla bağlı fikirlərini bölüşüb.
 
Sportal.az xəbər verir ki, Altın bir vaxtlar “Kocaelispor”da rəhbərliyi altında oynamış Sadıqov haqda xoş sözlər deyib:

 

“Rəşad Sadıqov super futbolçudur. 50 yaşına gəldi hələ də futbol oynayır. Adam kimi adamdı. O vaxt Rza Çalımbay mənimlə əlaqə saxlayıb onu “Eskişehirspor”a istədiyini deyəndə tək kəlmə dedim ki, düşünmədən komandana götür.  Ancaq Rəşadın bir xasiyyəti var ki, məşq etməyi o qədər də sevmir. Bu xasiyyətini bildiyim üçün məşqdə onu çox yükləmirdim. Amma oyuna çıxanda meydançada ürəyini qoyurdu. “Kocaelispor”da oynayanda ona 1 nömrəli formanı vermişdik. Çünki Rəşad həqiqətən də 1 nömrədir. Onunla indi də qürur duyuram. Millinin heyətində Türkiyəyə vurduğu qolu da xatırlayıram. Ümid edirəm ki, Azərbaycan da onunla qürur duyur”. (Rekord.az)

Xəbər xətti