"Qəbələ"nin sabiq baş məşqçisi: "Məni idman direktoru vəzifəsinə dəvət etdilər,amma..."

11:20 - 18 Yanvar 2015

"Həmin vaxt Ukraynada vəziyyət gərgin idi"

 

"Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams karyerasını Ukraynada davam etdirə bilər.

 

Sportal.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Xarkovun "Metallist" klubu idman direktoru Frank Arnesenin gedişindən sonra bu posta Toni Adamsı gətirmək istəyir. "Arsenal"ın sabiq müdafiəçisi olmuş Adams bu məsələ barədə açıqlamasında bunları qeyd edib:

 

"Mənə "Metallist"dən təklif gəlmişdi. Lakin həmin vaxt Ukraynada olan gərgin vəziyyət məni ora getmək fikrindən daşındırıb. Lakin hal-hazırda təklif gəlsə işləyə bilərəm."

Xəbər xətti