"Niyə də yox?"
"İnter"in gənc mərkəz yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyə Superliqasında çıxış edən "Kasımpaşa"nın baş məşqçisi Şota Arvaladzenin onu bəyənməsinə və komandada görmək istəməsinə münasibət bildirib.
Sportal.az-a açıqlamasında Coşqun bunları qeyd edib:
"Kasımpaşa" kimi Superliqada iddialı olan bir klubun məni bəyənməsi mənim üçün sevindirici bir haldır. Onu qeyd edim ki, mən hələ cavanam və öz üzərimdə çox çalışmaqla 4-5 aylıq yox 8-9 illik bir müddətdə xaricdə çıxış etmək istəyirəm. Əgər "Kasımpaşa"dan rəsmi təklif gəlsə fikirləşəcəm. Niyə də yox? Hər zaman demişəm xaricdə, öz liqasında iddialı olan hər bir klubun təklifini dəyərləndirəcəm."
saytlarin hazirlanmasi