"Bu gün bütün pulları ödəyəcəyik"
“Mahir Şükürova 2 yox, 5 aydır ki, bizdən maaşını ala bilmir. Ona görə də “Karşıyaka”dan şikayət etdi. Mən onun qərarına haqq qazandırıram”.
Sportal.az xəbər verir ki, bu sözləri Türkiyənin “Karşıyaka” klubunun baş məşqçisi Yusuf Şimşək deyib.
O, mətbuatda Mahir Şükürovun qardaş ölkə klubundan şikayət etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib: “Mahir bizi FİFA-ya deyil, Türkiyə Futbol Federasiyasına şikayət edib. Amma böyük problem yoxdur. Bu gün bütün pulları ödəyəcəyik. Hər şey qaydasına düşəcək. Bu hərəkətinə görə ona nəsə deməyə haqqımız yoxdur. Çünki 5 ay maaş almamaq təbii ki, çətindir”.
Türkiyəli məşqçi millimizin üzvünü komandada saxlayacaqlarını bildirib: “Onu heç yerə buraxmaq niyyətində deyilik. Çünki bizə lazımdır. Sadəcə pulunu istədi və biz də o məblği ödəyəcəyik. Ondan sonra Mahir komandadan ayrılmayacaq. Ən azı mövsümün sonuna qədər bizimlədir. Bu futbolçuya ehtiyacımız var”.
Mənbə: qafqazinfo.az
saytlarin hazirlanmasi