İkisi də cəzalıdı
Premyer Liqanın 19-cu turunda AZAL-la səfər matçına hazırlaşan “Neftçi” ciddi itkilərlə üzləşib. Sportal.az-ın əldə etdiyi məlumata görə, komandanın iki aparıcı üzvü zədələnib.
“Neftçi”nin son məşqi zamanı Mirhüseyn Seyidov və Julius Vobay sıradan çıxıb. Onların AZAL-la oyunu buraxacağı artıq dəqiqləşib.
Qeyd edək ki, cəza səbəbindən Karlos Kardozo və Flavinyo da qarşıdakı oyunu buraxmaq məcburiyyətində qalıblar. Bununla da, “Neftçi”nin AZAL-la oyunda 4 aparıcı futbolçusunun xidmətindən istifadə edə bilməyəcəyi anlaşıb.
saytlarin hazirlanmasi