"Arena" verilişi : "Xəzər-Lənkəran"da legionerlərin çoxunun komandaya faydası olmadı" VİDEO

12:30 - 31 Yanvar 2015

"Bu addım bir neçə il bundan öncə olmalı idi"

 

"İnterAz" televiziyasında "Arena" verilişinin növbəti buraxılışı efirə yayımlanıb.

 

Sportal.az xəbər verir ki, verilişin bu dəfəki qonaqları "Neftçi"nin baş məşqçisi Arif Əsədov və rekord.az saytının redaktoru Anar Xanlarov olub. Verilişdə komandaların Antalya toplanışından danışıb. Arif Əsədov "Neftçi" komandasında son durumu dəyərləndirib və keçirilən yoxlama matçları barədə məlumat verib.

 

Anar Xanlarov verilişdə "Xəzər-Lənkəran"da aparılan gəncləşdirmə siyasətindən danışıb :

 

"Mən hesab edirəm ki, komanda bu addımı bir neçə il bundan öncə atmalı idi. "Xəzər-Lənkəran" 2007-ci ildən Akademiyasını formalaşdırmışdı və həmin vaxtdan gənclər seçilməli idi. Razılaşaq ki, "Xəzər-Lənkəran"da legionerlərin çoxunun komandaya faydası olmadı".

 

 

Xəbər xətti