Arif Əsədov: "İlk oyunlar gərgin keçir"

17:35 - 31 Yanvar 2015

"4 oyunçunun xidmətindən məhrum idim"
 
Azərbaycan Premyer Liqasının XIX turunda AZAL-ın qonağı olan “Neftçi” 1-2 hesabı ilə məğlub oldu.
 
Sportal.az xəbər verir ki, "Neftçi" klubunun baş məşqçisi Arif Əsədov qarşılaşma haqqında bunları söyləyib:
 
“Fasilədən sonra ilk oyuna çıxdıq. İlk oyunlar gərgin keçir, ağır olur. Heyətdə müəyyən problemlər vardı. 4 oyunçunun xidmətindən məhrum idim. Buna baxmayaraq, görüşə yaxşı başladıq. Lakin müdafiədə kobud səhvlər etdik. Bu problemlər daim olub. Həmin səhvləri aradan qaldırmalıyıq. Elşən Abdullayevin tez əvəzlənməsi hücumdakı təzyiqin artırılmasına hesablanmışdı.  Düşünürəm ki, Elşən yaxşı oynadı. Amma oyunun gedişində hücumçuya ehtiyacımız oldu və Elşəni əvəzlədik”.

Xəbər xətti