"Gənc komandanı penaltidən sonra toparlamaq çətindir"
Azərbaycan Premyer Liqasının XIX turu “Bakı” üçün uğursuz alındı. Paytaxt klubu doğma meydançasında “Qəbələ” 0-2 hesabı ilə uduzdu.
Sportal.az xəbər verir ki, "Bakı" klubunun baş məşqçisi İbrahim Uzunca qarşılaşma haqqında bunları söyləyib:
“Bu gün gənc futbolçuların sərgilədiyi oyuna görə sevincliyik. Penaltiyə qədər yaxşı mübarizə apardıq, üstün oynadığımızı düşünürəm. Hakimlərdən xahişim odur ki, penalti epizodlarında bir az diqqətli olsunlar. Mən demirəm qapımımıza penalti təyin olunmasın. Penalti varsa, versinlər. Gənc komandanı penaltidən sonra toparlamaq çətindir. Amma ümumi oyundan razıyam. Jaba oyundan çıxan zaman etiraz etdi. Ancaq sonra gəlib üzr istədi. Biz ona başa saldıq ki, belə hallar olmamalıdır”.
saytlarin hazirlanmasi