Millinin qapıçısı mövsümün sonuna qədər anlaşdı
“Qəbələ”dən ayrılan Kamran Ağayevin yeni iş yeri məlum olub. Sportal.az-ın əldə etdiyi özəl məlumata görə, millinin qapıçısı Türkiyə PTT Liqasının lideri “Kayserispor”la anlaşıb.
Bu xəbəri futbolçunun meneceri Asim Musayev də təsdiqləyib. O, qeyd edib ki, Kamran Ağayev “Kayserispor”la mövsünün sonun qədər müqavilə bağlayıb.
Qeyd edək ki, “Kayserispor” 18 oyundan sonra 37 xalla PTT Liqasının 1-ci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi