Baş məşqçidən açıqlama
Azərbaycan Premyer Liqasının XIX turunda “Simurq”un qonağı olan “Xəzər Lənkəran” 0-2 hesabı ilə məğlub oldu.
Sportal.az xəbər verir ki "Xəzər Lənkəran" klubunun baş məşqçisi Elbrus Məmmədov qarşılaşma haqqında bunları söyləyib:
“Düşünürəm ki, gərgin, maraqlı oyun alındı. Bilirdik ki, rəqib hava mübarizəsində yaxşı oynayır. Bizim oyunçularımız əzmkarlıq göstərdilər. Futbolçulara təşəkkür edirəm. “Simurq”a gələcək oyunlarda uğurlar arzu edirəm”.
saytlarin hazirlanmasi