"Xəzər Lənkəran" rəsmisi: "Onların FİFA-dan belə erkən cavab almaları mümkün deyil"

15:05 - 3 Fevral 2015

"Yaxın günlərdə hər şey bilinəcək"

 

Daha öncə də bildirdiyimiz kimi "Xəzər Lənkəran"ın sabiq futbolçusu Qalin İvanovun "Samsunspor"a transfer olunması qalmaqala səbəb olub. Belə ki, Qalin İvanovun meneceri transfer vərəqinin onlarda olduğunu əsas gətirərək heç bir qanun pozuntusunun olmadığını bildirsə də, "Xəzər Lənkəran" rəsmisi eyni fikirdə deyil.

 

Sportal.az-a açıqlama verən "Xəzər Lənkəran"ın mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu qarşı tərəfin açıqlamasını təkzib edərək bunları qeyd edib:

 

"İvanovun cəzalanması haqqında FİFA-ya müraciət etmişik və cavab gözləyirik. Qaldı ki, onların da FİFA-ya şikayət edərək bizdən transfer vərəqəsini almaqlarına, elə bir şey ola bilməz. Onların FİFA-dan belə erkən cavab almaları mümkün deyil. Üstəlik, bizim də müraciətimiz ali quruma daxil olub və yaxın günlərdə hər şeyə aydınlıq gələcək."

Xəbər xətti